ABŞ-ın Missisipi ştatında 3 qadın və 1 uşaq qətlə yetirilib

ABŞ-ın Missisipi ştatında 3 qadın və 1 uşaq qətlə yetirilib
23:27 21 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların Missisipi ştatının Loderdeyl dairəsi ərazisində yerləşən şəxsi evlərdən birində baş verən atışma zamanı biri 5 yaşlı uşaq olmaqla 4 nəfər qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı dairə şerifi Uord Kalhun məlumat verib.
Onun sözlərinə görə, evdə üç qadın və bir uşaq meyiti aşkar edilib. İlkin məlumatlara görə, onlar bir ailənin üzvləri olublar.
Atəşin kim tərəfindən və hansı səbəbdən açıldığı məlum deyil. Cani hadisə yerindən qaçıb.
İnsident zamanı evdə daha bir uşaq olub, lakin ona heç bir zərər dəyməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-missisipi-statinda-3-qadin-ve-1-usaq-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR