Türk-yunan gəmiləri üz-üzə...

Türk-yunan gəmiləri üz-üzə...
00:05 22 Fevral 2017
193 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə-Yunanıstan arasında mübahisə mövzusu olan Kardak qayalıqları ətrafında yenidən gərgin anlar yaşanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu dəfə yunan və türk gəmiləri qayalıqlar ətrafında üz-üzə gəlib.

Belə ki, yerli vaxtla 18:30 radələrində yunan gəmisi Kardak qayalığına yaxınlaşıb.

Bu an türk gəmisi yunan tərəfinin önünü kəsib.

Bir müddət eyni vəziyyətdə qalan gəmiləri Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin kateri ayırıb.

Bundan sonra türk gəmisi Bodrum istiqamətinə, qarşı tərəfin gəmisi isə Yunanıstan sularına qayıdıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR