"Milan" yenidən doğulur: 130 milyon avro...

"Milan" yenidən doğulur:   130 milyon avro...
00:07 22 Fevral 2017
159 İdman
Ölkə mətbuatı
A- A+

2010/11 mövsümündən bəri çempion olmayan, hətta çempionluq yarışında belə yer almayan "Milan" gələn mövsüm iddialı olacaq. Fanat.Az xəbər verir ki, 2017/18 mövsümü üçün iddialı büdcə müəyyənləşdirilib.


Çin şirkətlərinin birliyi tərəfindən satın alınmaq üzrə olan və martın 3-də yeni sahibinə qovuşacaq kluba ödənməli olan 320 miyon avronun artıq 200 milyon avrosü ödənib. Çin iş adamları transferlərə 130 milyon avro ayıracaq.


Məlumata görə, artıq "Milan"ın heyətinə qatmaq istədiyi bəzi futbolçuların kimliyi də bəllidi. İddia olunur ki, A Seriyası təmsilçisi "Borussiya"dan (Dortmund) Pyer-Emerik Aubameyanq və "Mançester Siti"dən Serxio Aqueronu transfer etmək istəyir.


Əvəzində bəzi futbolçular satılacaq. Bunlardan biri Karlos Bakka olacaq. Klub onu 30 milyon avroya satmağı planlaşdırır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilanquot-yenidn-doulur-t56440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR