UEFA Çempionlar Liqasında 1/8 finalın növbəti 2 oyunu keçirilib

UEFA Çempionlar Liqasında 1/8 finalın növbəti 2 oyunu keçirilib
01:52 22 Fevral 2017
157 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib.
"Report" xəbər verir ki, Almaniya və İngiltərədə baş tutan matçlar zamanı azarkeşlər 14 qolun şahidi olublar.
İspaniyanın "Atletiko Madrid” klubu Almaniyanın "Bayer Leverkuzen” kollektivini səfərdə 4:2 hesabı ilə məğlub etməklə cütün taleyinə demək olar aydınlıq gətirib.
Mançester şəhərində baş tutan qarşılaşmada isə meydan sahibləri əzmkarlıq göstəriblər. Oyunda hesabı ilk olaraq açan "Mançester Siti” daha sonra 3 qol buraxaq məğlub duruma düşüb. Ancaq özündə güc tapan Xosep Qvardiolanın yetirmələri inanılmaz əzmkarlıq göstəriblər və 24 dəqiqəyə 4 qol vuraraq qələbəni bayram ediblər.
Komandaların bombardirləri olan Serxio Aquero ilə Radamel Falkao dubl ediblər. "Monako”nun kapitanı bir penaltini qaçırıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
23:45 "Bayer” (Almaniya) – "Atletiko” (İspaniya) - 2:4
Qollar: Kərim Bellarabi, 49, Stefan Saviç, 68 - Saul Niguez, 17, Antuan Qrizmann, 26, Kevin Qameyro, 58-pen, Fernando Torres, 86
Baş hakim: Uillyam Kollum (Şotlandiya)
Leverkuzen. "BayArena”
23:45 "Mançester Siti” (İngiltərə) – "Monako” (Fransa) - 5:3
Qollar: Rahim Sterlinq, 26, Serxio Aquero, 58, 71, Con Stons, 77, Leroy Sane, 83 - Radamel Falkao, 32, 61, Kilian Mbappe, 40
50-ci dəqiqədə Radamel Falkao penaltidən dəqiq istifadə edə bilməyib (qapıçı)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Mançester. "City of Manchester”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-cempionlar-liqasinda-1-8-finalin-novbeti-2-oyunu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR