İran Rusiyaya sutkada 100 min barel neft satacaq

İran Rusiyaya sutkada 100 min barel neft satacaq
01:58 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İran növbəti 15 gün ərzində Rusiyaya sutkada 100 min barel neft satacaq.

"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Bijan Zanqaneyə istinadən "Iranian Students News Agency" məlumat yayıb.

O bunu Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündən sonra bildirib.

Nazirin sözlərinə görə, Rusiya ixracın yarısını pul vəsaiti, yarısını isə mal və xidmətlərlə ödəyəcək.

Zanqane, həmçinin qeyd edib ki, bir sıra Rusiya şirkətləri artıq İran firmaları ilə anlaşma memorandumu imzalayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/188790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR