Liviyada 74 miqrantın meyiti tapıldı

Liviyada 74 miqrantın meyiti tapıldı
03:54 22 Fevral 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın Əz-Zaviyə şəhərində, dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətindən bildirilib.  

 

“Meyitlər hələ də dənizdə qalmaqdadır, qeyri-sabit hava və qayıqların olmaması səbəbindən  komandamız onları sahilə çıxara bilmir. Sahil boyu 74 cəsəd aşkarlanıb, qalanlarının da sahilə çıxacağı gözlənilir”, - deyə cəmiyyətin nümayəndəsi Taha Sultan bildirib.  

 

Faciənin hansı şəraitdə baş verdiyi məluma deyil. Sahildə deşilmiş rezin qayığın da tapıldığı bildirilir. Qəza baş verən an qayıqda 150 nəfərin olduğu ehtimal edilir.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR