Romada etirazçılarla polis arasında toqquşma

Romada etirazçılarla polis arasında toqquşma
03:58 22 Fevral 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın paytaxtı Roma şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı 4 nəfər saxlanılıb, 4 asayiş keşikçisi xəsarət alıb.

"Report" xəbər verir ki, etiraz aksiyasında küçə köşkləri, bazar və qida furqonlarının işinə icazə üçün tender tətbiq edən Avropa hakimiyyətinin direktivinə qarşı çıxan küçə alverçiləri, həmçinin çoxlu sayda taksi sürücüləri iştirak ediblər.

Sürücülər daşınmalar sektorunda qanunvericiliyə düzəlişlərə etirazlarını bildirərək 6 gün ardarda işə çıxmaqdan imtina ediblər.

Onların fikricə bu, telefon və ya planşet proqramları vasitəsi ilə taksi xidməti təklif edən beynəlxalq şirkətlərin işini yüngülləşdirəcək.

Nümayişdə minə yaxın adam iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR