Bavariyada çadra geyinmək qismən qadağan edilib

Bavariyada çadra geyinmək qismən qadağan edilib
05:52 22 Fevral 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Almaniyanın Bavariya federal torpağı hökuməti bəzi ictimai yerlərdə çadra geyinməyi qadağan edən qanun layihəsni təsdiqləyib.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Bavariya baş nazirinin dəftərxanası nazirlərin Münhendə keçirilən iclasının yekunu üzrə məlumat yayıb.
Sənədə görə, ali təhsil müəssisələri, məktəb və uşaq baxçalarında, ictimai xidmət aparan zaman, səsvermə vaxtı, həmçinin ictimai təhlükəsizlik və qayda-qanunun dəstəklənməsindən söhbət gedən zaman bədən və üzün tam olaraq bağlanması qadağan edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bavariyada-cadra-geyinmek-qismen-qadagan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR