İnstitut: Bütün vulkanlar neft-qaz baxımından perspektivlidir

İnstitut: Bütün vulkanlar neft-qaz baxımından perspektivlidir
08:12 22 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bütün vulkan strukturları neft-qaz baxımından perspektivlidir. Vulkan olan ərazidə Yerin dərin qatlarında neft-qaz yığımları var. Ancaq onları öyrənərək bu barədə dəqiq məlumat vermək lazımdır".

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Bu məsələ ilə bağlı tədqiqatların aparıldığını deyən A.Əliyev bildirib ki, Azərbaycanda palçıq vulkanların olduğu ərazilərdə neft-qaz çıxarılır. Belə ərazilər həm quru, həm də dənizdədir:

"Harada vulkan varsa, orada yataqlar var. Azərbaycanda kəşf olunan yataqların demək olar ki, əksəriyyəti palçıq vulkanları strukturları ilə əlaqədardır".

Alim bildirib ki, vulkan püskürdükdə Yerin dərin qatlarından Yer səthinə külli miqdarda vulkan məhsulları çıxır:

"Biz onları öyrənirik və hansı dərinlikdə, hansı geoloji əmələ gəlmələrlə neft-qaz yığımlarının movcud ola bilməsi barədə fikir söyləyirik. Vulkan püskürərkən kənara tullanan müxtəlif tipli süxur nümunələrini laborator şəraitində öyrənəndə müəyyən edirik ki, hansı dərinlikdə hansı proseslər gedə, harada neft-qaz yığımları ola bilər. Bizim buruqlar qazma işi ilə böyük dərinliklərə çata bilmirlər. Məsələn, quyular 5-6 km dərinlikdə qazılır, amma vulkan püskürəndə daha dərindən - 7-9 km-dən Yer səthinə həmin məhsulları çıxarır. Biz onları öyrənərək neft-qaz yığımları haqqında fikir söyləyə bilirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR