Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb

Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb
08:27 22 Fevral 2017
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, həmin cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib.

Komitə rəsmisinin sözlərinə görə, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb.

2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.

R.Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub.

Keçən il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR