Ağ Ev: "Tramp Rusiya ilə sövdələşmə əldə etməyə..."

Ağ Ev: "Tramp Rusiya ilə sövdələşmə əldə etməyə..."
08:42 22 Fevral 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.

"Tramp aydın şəkildə bildirdi ki,  ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək nail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes  və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir", - deyə Spayser qeyd edib.   
 
"Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik", - deyə o əlavə edib.
 
"Əgər bu ABŞ-ın maraqlarına uyğundursa -  Tramp sövdələşməyə nail olacaq", - deyə mətbuat katibi qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR