7 yaşlı oğlanı maşın vurub

7 yaşlı oğlanı maşın vurub
08:47 22 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 7 yaşlı oğlanı maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 2010-cu il təvəllüdlü Zeynalov Hüseyn Nofəl oğlu yaşadığı evin yaxınlığındakı küçədə yolu keçərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobillə vurulub. Xəsarət alan azyaşlı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona qarının küt travması və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/519979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR