Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah aldı

Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah aldı
08:48 22 Fevral 2017
355 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.

"Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur.

Bildirilir ki, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Siyahının birinci pilləsində isə Çin qərarlaşıb. Müştərilər arasında Yəmən, İraq və Anqola da var.

Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır.

Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR