"Gənc olmasına baxmayaraq..."

"Gənc olmasına baxmayaraq..."
09:05 22 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un hücumçusu Qonzalo Hiquain həmyerlisi və komanda yoldaşı Paulo Dibala haqqında fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Hiquain bnları deyib:

"Dibala oyunu əla oxuyur. Gənc olmasına baxmayaraq, bunu böyük futbolçular kimi edir. Müqayisədən xoşum gəlmir. Sadəcə deyirəm, Dibala elə Dibala olmalıdır. Potensialına görə ən yaxşılar sırasında ola bilər. Bəzən özü qapıya zərbə endirmək istəyir, mənə problem deyil. Həlledici zərbəni Dibala və ya başqa komanda yoldaşımın vurması fərq etmir. Əsas odur ki, qollara töhvəmiz olsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR