Yevlax yun zavodunun nizamnaməsi dəyişdiriləcək

Yevlax yun zavodunun nizamnaməsi dəyişdiriləcək
09:07 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 31-də “Yevlax-Yun” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq saat 14.00-da Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin nizamnaməsinə dəyişiklik edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Yevlax-Yun” ASC 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2 390 796 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/yevlax-yun-zavodunun-nizamnamesi-deyisdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR