“ALKE İnşaat Sənaye və Ticarət” nizamnamə kapitalını artırır

“ALKE İnşaat Sənaye və Ticarət”  nizamnamə kapitalını artırır
09:12 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 3-də “ALKE İnşaat Sənaye və Ticarət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 
"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə, yığıncaq müəssisənin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2/26 ünvanında baş tutacaq. 
Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının artırılması məsələsi daxildir. 
Xatırladaq ki, “ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 4 010 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/alke-i-nsaat-senaye-ve-ticaret-nizamname-kapitalini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR