Azərbaycanın Braziliyadakı səfirliyi "Xocalıya ədalət" fotosərgisi təşkil edib - FOTO

Azərbaycanın Braziliyadakı səfirliyi "Xocalıya ədalət" fotosərgisi təşkil edib - FOTO
09:22 22 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 21-i Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyi tərəfindən səfirliyin binasında "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisələrə həsr olunmuş fotosərgi təşkil edilib.

Trend-in səfirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümayəndələri, yerli diplomatik korpusun üzvləri və müxtəlif universitetlərdən müəllim və professor heyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirilib və portuqal dilində tərtib edilmiş bukletlər paylanılıb.

Tədbiri giriş nitqi ilə açan səfir Elxan Poluxov Xocalı faciəsi, "Xocalıya ədalət" beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verdi. O, Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılan bu kampaniyanın bütün dünyada böyük uğurla həyata keçirildiyini bildirib. Səfir xanım Leyla Əliyevanın təşəbbüsü nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə, eyni zamanda dünyada belə dəhşətli hadisələrin təkrar edilməsinə yol verilməməsinə çağırıb.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR