Bu məhsullar xərçəngə səbəb olur - Uzaq durun!

Gündəlik həyatda istifadə etdiyimiz bəzi məhsullar tərkibindəki kimyəvi maddələrə görə, xərçəng xəstəliyinə səbəb olduğu məlum olub.

Metbuat.az-ın məlumatına görə, həmin məhsullardan ən təhlükəlisi otaq spreyləridir. Bu məhsullar otağınızın gözəl qoxması üçün lazımlı ola bilər, ancaq heç nə sizin sağlamlığınızdan önəmli deyil. Bu cür məhsullar xərçənglə yanaşı, astma və hormonal pozğunluqlara da gətirib çıxarır.

Otağınızın təmiz qoxması üçün ən təbii vasitə karbonatla sirkənin qarışımıdır.

Təhlükəli məhsullardan biri də kəpək şampunlarıdır. Tərkibində sulfat və metilkloroizotiyazolinon kimi kimyəvi maddələr olduğuna görə irəliləyən zamanda dəri xərçəngi və ölümcül xəstəliklər yarada bilir. Bunun əvəzinə şampununuzu evinizdə hazırlaya bilərsiniz.

Evdə şampun hazırlamaq istəyənlər normal saçlar üçün olan şampundan 5 şorba qaşığı alın. Daha sonra 3 şorba qaşığı bibəriyə yağını və eyni miqdarda alma sirkəsi ilə limon suyunu qarışdırın. Hazırladığınız bu şampun kəpəyi yox etməkdə sizə kömək edəcək.

Antibakterial sabunlar da təhlükəli məhsullar arasındadır.

Bu cür sabunların insanları bakteriyalardan qoruduğu söylənsə də, aparılan araşdırmalardan tərkibində konserogen təsirli kimyəvi maddə olan triklosan tapılıb.
Su ilə birləşdiyi zaman xərçəng təsirinə səbəb olan xloroform qazının ifraz olunmasına yol açan triklosan xərçəngdən başqa qaraciyər xəstəliklərinə və depressiyaya da səbəb olmaqdadır.
Zərələrini saymaqla bitirə bilmədiyimiz məhsullar əvəzinə evdə təbii sabunlar hazırlaya bilərsiniz.

Metbuat.az təbii yolla sabun hazırlamağın üsulunu təqdim edir:

Tərkibində kimyəvi maddə olmayan qatı və bitki mənşəli sabunu rəndələyin. Daha sonra sabunu vam xodda əridin. Əritdiyiniz qarışıma lavanda yağı və ya hərhangi efir yağı əlavə edin. Qarışımı quru bir qaba qoyduqdan sonra qurumasını gözləyin.

Aysel Yaqubqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR