Gecə klubunda YANĞIN - Ölən və yaralananlar var

Gecə klubunda YANĞIN - Ölən və yaralananlar var
09:37 22 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın kurort şəhəri Batumidə gecə klubunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 1 qadın ölüb, 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsərət alanlardan 2 nəfərin vəziyyətinin ağır olduğu, reanimasiya şöbəsinə yerləşdirildikləri bildirilir.

Ölən qadının klubun əməkdaşı olduğu bildirilir.

Yanğının kondisionerin alışmasından baş verməsi barədə ilkin məlumat verilib.

Acariya Daxili İşlər İdarəsi yanğın baş verən zaman klubda 30-a yaxın adamın olduğu barədə məlumat yayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR