Azərbaycanda ləğvetmə prosesində olan sığorta şirkətinə məxsus sənədlər itib

Azərbaycanda ləğvetmə prosesində olan sığorta şirkətinə məxsus sənədlər itib
09:37 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Azərqarant Sığorta” ASC-nin 5 filialına məxsus sənədlər itib.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, sığorta şirkətinin Quba, Şirvan, Gəncə, Zaqatala və Sumqayıt filiallarına məxsus VÖEN şəhadətnamələri itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.
"Azərqarant Sığorta" ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-legvetme-prosesinde-olan-sigorta-sirketine-mexsus-senedler-itib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR