Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb
09:37 22 Fevral 2017
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşməni daim izləyən Azərbaycan ordusunun bölmələri tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermenistan-silahli-quvvelerinin-novbeti-texribatinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR