Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib

Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib
09:42 22 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dagustu-parkda-69-yasli-kisi-sirke-tursusu-icerek-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR