Dağüstü parkda kişi sirkə turşusu içərək intihar edib

Dağüstü parkda kişi sirkə turşusu içərək intihar edib
09:52 22 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR