"Monako" "Barselona"nı kölgədə qoydu

"Monako" "Barselona"nı kölgədə qoydu
09:57 22 Fevral 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

"Monako" 2016/17 mövsümündə "Böyük beşlik" ölkələrinin ən məhsuldar komandası adına yiyələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransa təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə görüşündə 3:5 hesabı ilə uduzsa da, qol sayını 111-ə çatdırıb.
 
Belə ki, monakolular cari mövsümün bütün turnirlərində üst-üstə 111 qol vurublar. Bununla da Leonardu Jardimin yetirmələri "Barselona"nı da kölgədə qoyublar. Kataloniyalıların hesabında 109 top var.
 
Qeyd edək ki, "Monako" Liqa1-də 76, Fransa Kubokunda 7, Liqa Kubokunda 9, Çempionlar Liqasında 19 qol vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR