Ayağınız üşüyür? - Bu üsulu sınaqdan keçirin, üşüməyəcək...

Qış gəldisə, isinməyən ayaqlar bir çox insanın probleminə çevrilir. Lakin sadə üsullarla bu problemi həll edə bilərsiniz.

Metbuat.az Almaniyada dərc olunan “Apotheken Umschau” adlı sağlamlıq jurnalına istinadən xəbər verir ki, jurnalın redaktoru Hans Haltmeier problemin səbəblərini açıqlayıb:

“Bu problemlə daha çox qadınlar qarşılaşır. Bunun başlıca səbəbi qadınların bədənlərində daha az əzələ olmasıdır, hansı ki, bu əzələlər istilik verir. Digər səbəbi isə dərilərinin incə olmasıdır. Qadınların bədəninin ortasına daha çox qan gedir, buna görə ayaqlar daha tez üşüyür”.

Haltmeierə görə, ayaqları isti saxlamağın bəzi üsulları var. Nizamlı olaraq idman etməyin bu şikayətin ortadan qalxmasına yardımçı olacağını ifadə edən mütəxəssis, ayaqları isti sudan, soyuq suya salaraq yumağın təsirli üsul olduğunu qeyd edib.

Mütəxəssislər gecələri ayaqları üşüyənlər üçün isə qan axımını sürətləndirən yağlarla masajın, ayaqları isti su ilə yuduqdan sonra soyuq suya tutmağın və ardından qalın corab geyinməyin faydalı olduğunu söyləyir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR