​Bakıda özbaşınalıq!!! - Çeki itirdiyinə görə 20 manat pul aldılar

Bakıda fəaliyyət göstərən bəzi avtodayanacaqlar qanunsuz şəkildə sürücülərdən pul alır.

Metbuat.az-ın məlumatına görə, belə bir hadisə Bakı Dəniz Vağzalının qarşısında yerləşən ödənişliı avtodayanacaqda qeydə alınıb. Belə ki, avtodayanacaqda 1 saat qalan sürücü ona verilə qəbzi itirdiyi üçün əlavə 20 manat də cərimə olunub.

Məsələnin hüquqi tərəfini izah edən ekspert Ərşad Hüseynov bildirib ki, baş verən hadisə konkret olaraq özbaşınalıqdır:

“Bu, parkomatdan istifadə edən müştəriləri soymaqdır. Çünki qanunvericilikdə belə maddə yoxdur. Sadəcə onların məqsədi müştəriləri soymaqdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR