"Kəlbəcər camaatı Mehriban Əliyevaya hər zaman arxa-dayaq olacaq"

"Kəlbəcər camaatı Mehriban Əliyevaya hər zaman arxa-dayaq olacaq"
10:22 22 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ictimai birliyin sədri Qənbər Qurbanovun adından yayılan müraciətdə qeyd olunur:

"Möhtərəm Mehriban xanım! Azərbaycan xalqının prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, inkişaf, tərəqqi yolunda inamla irəliləməsini təmin etmək, Azərbaycan dövlətini beynəlxalq aləmdə daha da yüksəltmək üçün Sizin ölkə prezidenti tərəfindən birinci vitse-prezident təyin edilməyiniz qədirbilən xalqımızı, xüsusən də biz kəlbəcərliləri ürəkdən sevindirdi. Biz prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi irsi dəstəklədiyimiz kimi, Sizin də belə bir məsuliyyətli vəzifəyə təyinatınızı dəstəkləyir və həyata keçirəcəyiniz taleyüklü işlərdə Sizə hər zaman arxa-dayaq olacağımızı bildiririk. Sazın, sözün biliciləri, yüzlərlə ağsaqqalı, ağbirçəyi olan Kəlbəcər camaatı ağı qaradan yaxşı seçir, bilir ki, torpaqlarımızın xilası, el-obamızın öz yurduna qayıtması, bütövlükdə ərazi bütövlüyümüzün bərpası yalnız Sizin yaxından təmsil olunduğunuz prezident İlham Əliyev siyasi müdrikliyi ilə mümkün olacaq.

Siz bu günə qədər də Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi həm Azərbaycan insanı, həm də dünya insanı üçün çox böyük xeyriyyəçilik, humanist layihələrin təşəbbüskarı və birbaşa icraçısı olmusunuz. Sizin təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün böyük əmək sərf edən xoşməramlı səfir kimi Azərbaycan tarixinin, adət-ənənələrinin, mədəniyyət və incəsənətinin dünya xalqları tərəfindən tanınması üçün apardığınız müxtəlif istiqamətli işləriniz saysız-hesabsızdır. Məhz Sizin təşəbbüsünüzlə nəfis şəkildə hazırlanan "Qarabağ xanəndələri" musiqi albomu, "Muğam irsi","Muğam dəstgahı", "Muğam ensiklopediyası", Beynəlxalq Muğam Mərkəzinin yaradılması və digər layihələr xalq muğamlarının dünyada tanıdılması üçün ən böyük töhfədir. Milli-mənəvi dəyərlərimizin, aşıq sənətimizin dünyanın mədəni irsi kimi qorunması, xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın milli mədəniyyət tarixində xidmətləri olan insanların yubiley tədbirlərinin YUNESKO-nun proqramlarına daxil edilməsi də Sizin əvəzolunmaz xidmətlərinizdəndir.

Mən bir el ağsaqqalı kimi, Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir insan kimi Sizə bildirmək istəyirəm ki, kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, Sizi ürəkdən sevir və hər bir işinizdə Sizinlə birlikdədirlər.

Möhtərəm Mehriban xanım! Sizi bir daha birinci vitse-prezident təyin olunmağınız münasibətilə bütün Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirik. İnanırıq ki, Siz prezident cənab İlham Əliyevlə birgə Vətənimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız. Siz də əmin ola bilərsiniz ki, bütün işlərinizdə kəlbəcərlilər Sizinlə birlikdədirlər. Ulu Tanrı Sizə yar olsun!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR