Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatdı

Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatdı
10:27 22 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da reytinqi son 14 ildə maksimuma çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "The Hill" "Gallup" İnstitutunun apardığı tədqiqatlara əsasən yazır ki, sorğuda iştirak edənlərin 21%-i Rusiya prezidentinin fəaliyyətini bəyənir.
 
Belə göstərici son dəfə 2003-cü ildə qeydə alınıb.
 
2015-ci ildə isə V.Putinə yalnız 15% respondent müsbət rəy bildirib.
 
Kəskin artım Respublikaçılar Partiyası tərəfdarlarının V.Putinə münasibətlərini dəyişməsi ilə əlaqələndirilir.
 
Əgər 2015-ci ildə bu partiyanın tərəfdarlarının 12%-i rusiyalı lideri dəstəkləyirdisə, 2017-ci ildə bu göstərici 32%-ə çatıb.
 
2015-ci ildə Demokratlar Partiyası tərəfdarlarının 15%-i V.Putini dəstəklədiyi halda, 2017-ci ildə bu göstərici 10%-ə enib.
 
Rusiya barədə 28% respondent müsbət rəy bildirdiyi halda, amerikalıların 70%-i bu ölkəyə mənfi yanaşır.
 
Qeyd edək ki, tədqiqatlar Donald Trampın prezidentlik dövrünün ikinci ayına, onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğu barədə bəyanatlar verdiyi dövrə təsadüf edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR