Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir
10:37 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC körpülü kranların və kranaltı yolların əsaslı təmiri, eləcə də yuyucu vasitələrin satın alınması məqsədilə açıq müsabiqələr elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
Müraciət üçün son tarix martın 1-dir. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanında qəbul edilir (tel.: (012) 493 41 52).

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-xezer-deniz-gemiciliyi-musabiqeler-kecirir-1234567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR