Əcaib ayin: boşanıb məzara uzanırlar - FOTO

Əcaib ayin: boşanıb məzara uzanırlar - FOTO
10:47 22 Fevral 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ey Səma, ey Tanrı! Mənə yardım et! Ruhumu sakitləşdir, məni həyatdan ayırma"

Qəbristanlıqda yeni qazılmış məzarlara, polietilenin üzərinə uzanmış kişilər və qadınlar dua edirlər. Bu əcaib ayin Çində sürətlə yayılır.

Banisi Lyu Tayçji adlı şəxs olan bu ayinə qatılanlar yeni boşanmış kişilər və qadınlardır.

Onlar məzara uzanıb gözlərini yummaqla və dua etməklə boşanmanın yaratdığı depressiya ilə təlaşdan qurtulmağa çalışırlar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, "qəbristanlıq meditasiyası" adlanan ayinin "beşiyi" Çinin cənub-qərbindəki Çunsin şəhəridir.

30 yaşlı Lyu Tayçjinin sözlərinə görə, boşanan kişi və qadınların məzara uzanaraq meditasiya etmələri onları sakitləşdirir, depressiyadan xilas edir.

"Boşanma ailənin sonu, ənənəvi yaşam formasının dağılmasıdır. Qadınlar bu prosesi xüsusilə ağrılı keçirirlər. Mənim də məqsədim boşanmadan sonra qadınları depressiyadan qurtarmaqdır", - Li Tayçji söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR