"Paramount Group" aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Paramount Group" aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
10:52 22 Fevral 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Əbu-Dabi. 22 fevral.REPORT.AZ/ Cənubi Afrika şirkəti "Paramount Group" Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir.
Bunu "Report"un IDEX-2017 müdafiə sərgisinə ezam olunmuş müxbirinə açıqlamasında "Paramount Group" şirkətinin rəhbəri Ayvor İçikovits deyib.
Onun sözlərinə görə, şirkət ölkədə müdafiə sənayəsinin qurulmasında Azərbaycana yardım etdiyi üçün qürur duyur.
A.İçikovits əlavə edib ki, şirkət aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Bizim şirkətin gəmiləri Xəzərdəki şəraitə ideal uyğun gəlir".
Qeyd edək ki, "Paramount Group" 2010-cu ildən başlayaraq Azərbaycanda "Mbombe" və "Marauder" minaya davamlı zirehli maşınların istehsalı və "Mi-24" və "Mi-17" helikopterlərinin modernizasiyası layihələrini həyata keçirir. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/paramount-group-aviasiya-ve-gemiqayirma-sahesinde-azerbaycanla-emekdasliqda-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR