"Ermənistan Rusiyadan yeni silahlar alacaq"

"Ermənistan Rusiyadan yeni silahlar alacaq"
11:22 22 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib.

Onun sözlərinə görə, son illər Rusiyanın hərbi-texniki potensialında artım dinamikası bu ölkə ilə əməkdaşlığı artırmağa sövq edir.

"Bir sıra məsələlər üzrə müqavilələr vaxtından əvvəl reallaşdırılır və bu sevindirici haldır. Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz bunda maraqlıyıq", - deyə erməni nazir vurğulayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR