Klinikadan açıqlama: "İlqarənin əməliyyatı 3-4 saat çəkib" - FOTO

Klinikadan açıqlama: "İlqarənin əməliyyatı 3-4 saat çəkib" - FOTO
11:27 22 Fevral 2017
500 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatla bağlı bəzi detallar əldə edilib. Belə ki, xalq artistinin qızı fevralın 9-da liposaksiya (piy sovurma əməliyyatı) etdirib.

İlqarənin bədənindən 8 litrə yaxın piy çıxarılıb. 

"Narkozsuz keçirilir, keyidici maddələr vurulur. Azad olmaq istədiyi nahiyələrdən dəliklər açılıb və iynələr yeridilib. Oradan piylər sovrulub. İlqarə xanımın əməliyyatı 3-4 saat çəkib. Qarın və bel nahiyəsindəki piylərdən azad olub. Bir nahiyədə əməliyyat maksimum 2 saat çəkir", - deyə ifaçının əməliyyat edildiyi klinikadan bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/520033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR