Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq

Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
11:37 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxmaq niyyətindədir. "Report"un məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin bu gün Bakıda keçirilən VIII iclasında bildirib.
"Azərbaycanın Rusiya və Mərkəzi Asiya bazarlarına, Türkiyənin isə Avropa və Balkan yarımadası ölkələrinə çıxışı var. Bu məsələ bugünkü iclasda müzakirə ediləcək. Hesab edirəm ki, iki ölkə olaraq kənd təsərrüfatı sahəsində bu istiqamətdə ciddi işlər həyata keçirməliyik", - deyə İ.Quliyev əlavə edib.
İ.Quliyev qeyd edib ki, sabah Azərbaycan və Türkiyə iş adamlarının Bakıda iştirak edəcəyi biznes forumun keçirilməsinin məqsədi iki ölkənin birgə əməkdaşlığı, birgə müəssisələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının artırılması, habelə təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı Azərbaycan-Türkiyə biznes-forumunun mövcud ikitərəfli münasibətlər, ticarət əlaqələri, habelə texniki yardım bə dəstəyin daha da artmasına təkan verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-ve-turkiye-ucuncu-olkelerin-bazarina-birge-cixacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR