AMB və ARDNF-də auditə start verilib

AMB və ARDNF-də auditə start verilib
11:42 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) audit yoxlamalarına başlanılıb. "Report"un əldə etdiyi məlumata görə, audit yoxlamaları mart ayında bitəcək.
Məlumatda deyilir ki, hər iki qurum audit hesabatlarını kənar auditora təqdim edib və artıq fevralın əvvəlindən yoxlamalar başlayıb.
Qeyd edək ki, hər iki qurumun kənar auditoru "Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" şirkətidir.
Xatırladaq ki, "PwC Azerbaijan" həm də "Neftçi" PFK və MİDA-nın kənar auditorudur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-ve-ardnf-de-audite-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR