Facebookda paylaşma rekordu qıran şəklin ilginc hekayəsi

Maraqlı hadisə Türkiyənin Əkizdərə ərazisində baş verib. Ərazinin 10 kilometrliyində olan Yağcılar kəndində heyvandarlıqla dolanışığını təmin edən Atilla Bilginin 11 yaşındakı qızı Həmdi Sənanın keçiləri sığınacaqdan çıxarmasıyla başlayıb.

Evdən uzaqlaşarkən keçilərdən biri doğumağa başlayınca, qaçaraq evə dönən Həmdi Səna məktəb çantasını götürərək keçinin yanına gəlib. Keçini kürəyinə alan, balasını da "Tomi" adındakı çoban itinin kürəyinə bağladığı məktəb çantasına qoyan balaca qız, qarla örtülü, dik yolda evinə doğru getməyə başlayıb. Bu sırada 15 yaşındakı Əli Rəhman da bacısının fotoşəkilini çəkib. Foto, ictimai mediada paylaşma və bəyənmə rekordu qırdıb.

Həmdi səna Bilgin, "Keçi birdən doğmağa başlayınca onu sığınacağa aparmaq istədim. O anda ağlıma məktəb çantam gəldi. Balanı çantaya qoyaraq itimizin kürəyinə bağladım. Mən də keçini kürəyimə aldım. Beləcə sığınacağa çatdıq "dedi

Adil Soltanov





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR