Avropa Komissiyasının TAP-a ayıracağı 14 milyon avro hara sərf olunacaq?

Avropa Komissiyasının TAP-a ayıracağı 14 milyon avro hara sərf olunacaq?
11:57 22 Fevral 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası Transadriatik qaz kəməri (TAP) layihəsi üçün 14,018 milyon avro ayıracaq.

Bu barədə Trend Avropa Komissiyasına istinadən məlumat verir.

Məlumata görə, bu vəsait qaz kəmərinin keçdiyi ərazidə arxeoloji qazıntılar üçün sərf olunacaq.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının üzv ölkələri Avropanın energetika infrastruktur layihələrinə 444 milyon avro investisiya qoymaq barədə razılıq əldə etmişdi. TAP maliyyələşdirilmə üçün seçilən 18 prioritet layihədən biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR