Ramil Şeydayev bu oyunda debüt edəcək

Ramil Şeydayev bu oyunda debüt edəcək
12:07 22 Fevral 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Fevralın 25-26-da Slovakiya çempionatında XIX turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi "Jilina" ayın 26-da "Zlate-Moravçe"ni qəbul edəcək.


Millimizin üzvünün Bakı vaxtı ilə saat 20.30-da start götürəcək qarşılaşmada debüt edəcəyi gözlənilir. Belə ki, baş məşqçi Adrian Qula futbolçumuza bu oyunda şans vermək niyyətindədi. Ramil həmin günə qədər zədə almasa, böyük ehtimalla debüt edəcək.


Qeyd edək ki, "Jilina" 44 xalla Fortuna Liqasında turnir cədvəlinə başçılıq edir. "Zlate-Moravçe" isə 16 xalla 11 klub arasında 10-cudu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-eydayev-bu-oyunda-debut-edck-t56447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR