​Cərimələr 60 faiz artırılır - Qayda pozan piyadaların nəzərinə!

“Yolu düzgün keçməyən piyadalar cərimələrini 2 ay müddətində ödəmədikləri təqdirdə məbləğ 60 faiz artırılır”.

Bu barədə Metbuat.az-a açıqlamasında ekspert Ərşad Hüseynov bildirib. O qeyd edib ki, bu cərimələr maksimum 32 AZN-ə çata bilər:

“Müddəti uzandıqca məbləğ dəyişmir. Lakin 60 faizi keçdikdən sonra vətəndaş onu ödəmədikdə, icra məmurları vasitəsilə məcburi icraya yönəldilə bilər”. Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR