"Qəbələ"dən "Kəpəz"i sevindirən xəbərlər

"Qəbələ"dən "Kəpəz"i sevindirən xəbərlər
12:17 22 Fevral 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" Premyer Liqanın XX turunun "Kəpəz"lə oyununa tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk 4 futbolçunun xidmətindən məhrum olub.


Gənc yarımmüdafiəçi Elvin Camalov əməliyyat olunacaq və bu məqsədlə Türkiyəyə yollanıb. Rafael Santos və Vitali Vernidub da onun kimi zədədən əziyyət çəkir.


Bir müddət əvvəl əmiliyyat olunan Asif Məmmədov artıq sağalıb və məşqlərə başlayıb. Amma hələ tam hazır olmadığından bu matçı buraxacaq.


Əvəzində "Zirə" ilə oyunda qırmızı vərəqə alan Rasim Ramaldanov "Qarabağ"la matçda cəzasını çəkib və meydana çıxmağa hazırdı.


Qeyd edək ki, “Kəpəz” - “Qəbələ” oyunu fevralın 28-də keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotdn-quotkpzquoti-sevindirn-xbrlr-t56448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR