"Azercell Telekom Azərbaycanın mobil rabitə bazarının 48 faizinə nəzarət edir".
Publika.az xəbər verir ki, bu sözləri Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
V.Mürsəliyev bildirib ki, 2016-cı ildə "Azercell" dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib.
“Şirkətin ödəmələri ümumi ödənişlərin 2,3 faizini təşkil edib. O da məlum olub ki, 2016-cı ildə "Azercell" telekomunikasiyanın inkişafına təqribən 31 milyon 16 min dollar xərcləyib. Öz işçilərinin inkişafına 659 430,21 dollar yönəldib. Hazırda şirkətin abunəçilərinin sayı 4,5 milyon nəfərdir”.
Leyla