Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib

Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib
12:27 22 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Hərbi Prokurorluğu və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib. 
“Report”un xəbərinə görə, konfransda Hərbi Prokurorluğun rəhbərliyi, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində eksponatlarına baxış keçirilib, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Sonra soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş olunub.
Konfransda Azərbaycan baş prokurorunun müavini - hərbi prokuror Xanlar Vəliyev, Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədr Mehdi Mehdiyev çıxış edib.
Tədbir zamanı “Soyqırım muzeyi” kitabı təqdim edilib.
Sonda Hərbi Prokurorluğun hazırladığı “Əsrin faciəsi” rəqəmsal video disklər nümayiş olunub.






Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xocali-soyqiriminin-25-ci-ildonumune-hesr-olunan-elmi-praktik-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR