İŞİD pilotsuz aparatlarla qətliam törətdi - FOTOLAR

İraqın Mosul şəhərində İŞİD terrorçuları pilotsuz aparatlarla növbəti dəfə qətliam törədib.

Metbuat.az xəbər verir ki, uzaqdan idarə olunan cihazlara partlayıcı qurğular quraşdıran terrorçular, dinc insanları hədəfə alıb. Nəticədə aralarında 3 uşağın da olduğu 15-ə qədər insan həlak olub. Xeyli sayda yaralı var.

Cəbhədə hərbçilər qarşısında ciddi itkilər verən qruplaşmanın son zamanlar tez-tez oxşar hücumlar təşkil etməsi diqqət çəkir.

Qeyd edək ki, bir müddət əvvəl mütəxəssislər İŞİD-in oxşar üsulla Avropada terror aktları törədə biləcəyi barədə xəbərdarlıq edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR