Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
12:32 22 Fevral 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarış 4-5 mart tarixlərində Bağcılar İdman Kompleksində təşkil olunacaq.

Hazırda yığmanın 20 üzvü İstanbulda baş məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında hazırlıq keçir. Təlim-məşq toplanışına Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandaları da qatılıb. 

Qeyd edək ki, fevralın 11-də start götürən toplanış martın 3-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR