Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ

Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
12:32 22 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aztelekom" MMC son zamanlar sosial mediada nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.

21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov "Aztelekom" MMC-nin xidməti ərazisində yaşayır.  Müəllimə "Aztelekom" MMC-nin hədiyyəsi təqdim olunub.

"Aztelekom" MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməlinin gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: "Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq", - deyə E.Cabbarov bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR