Trampın imzalayacağı miqrasiya fərmanının detalları

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın imzalayacağı miqrasiya fərmanının yeni detalları məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə ilk dəfə açıqlama verən "Ağ ev" sözçüsü Şon Spayser bildirib ki, yeni qaydalar ölkədə qanunsuz məskunlaşan qaçqınlara şamil ediləcək. ABŞ-da təqribən 12-13 milyon mühacirin qanunsuz yaşadığını ifadə edən mətbuat katibi deyib: "İlk mərhələdə onların arasından cinayətkarlar və təhdid törədən miqrantlar seçilərək deportasiya ediləcək ".

Sənəd üzərində son tamamlama işləri gedir deyə Spayser sözlərinə əlavə edib.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR