“Huawei” şirkəti qabaqcıl “Honor V9” smartfonunu təqdim edib

“Huawei” şirkəti qabaqcıl “Honor V9” smartfonunu təqdim edib
12:35 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Çinin “Huawei” şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl “Honor V9” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, qurğu 2,4 QHs-dək takt tezlikli 8 nüvəli “Kirin 960” prosessoru ilə təchiz edilib və “EMUI 5.0” interfeysli “Android 7.0 Nougat” mobil əməliyyat sistemi ilə işləyir.

Bundan başqa, yeni aparat iki sensorlu (hər biri 12 meqapiksel) əsas kamera və 8 meqapiksellik ön kamera, barmaq izi skaneri, “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1 LE” və “GPS” simsiz kommunikasiya texnologiyaları ilə təchiz edilib.

5,7 düymlük ekranın təsvir ölçüsü 2560x1440 pikseldir. Əməli və daimi yaddaşın maksimal tutumu müvafiq olaraq 6 və 128 QB-dır. Həmçinin çıxarıla bilən “microSD” daşıyıcıları üçün slot var.

Qurğunun fiziki ölçüləri 157x77,5x7 mm, çəkisi 184 qr-dır. Akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Telefon göy, qırmızı, qara və qızılı rəngli korpuslarda satışa çıxarılacaq.

“Huawei Honor V9” qurğusunun qiyməti hələ ki yalnız Çində məlumdur: 64 QB-lıq fləş daşıyıcı və 4 QB-lıq əməli yaddaş qurğusunun qiyməti 378 dollardır. Maksimum yaddaş tutumu ilə təchiz edilmiş versiyanın qiyməti 510 dollar təşkil edəcək.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46226-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR