Qadın millimizin üzvü kazinoda pul uddu

Qadın millimizin üzvü kazinoda pul uddu
12:37 22 Fevral 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin güləşçisi Mariya Stadnik kazinoda pul udub. Fanat.Az xəbər verir ki, bu barədə Belarus millisinin güləşçisi Mariya Mamoşuk açıqlama verib.


O, hadisənin Las Veqasda baş verdiyini bildirib: "Las Veqasda dünya çempionatında iştirak edərkən çox sayda kazino gördüm. Özü də təkcə kişilər yox, qadınlar da oynayırdı. Əksər güləşçilər da kazinoda oynayırdı. Mariya Stadnik 300 və ya 400 dollar udmağı bacardı. Mən də bəxtimi sınadım. Rusletka və avtomatda oynadım, amma bəxtim gətirmədi. 15 dollar uduzub, oranı tərk etdim".


Qeyd edək ki, Mariya Stadnik 2015-ci ildə Las Veqasda keçrilən dünya çempionatının finalına çıxsa da, gümüş medalla kifayətlənmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qadn-millimizin-uzvu-kazinoda-pul-uddu-t56449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR