Super lüks malikanə satılır: 100 milyon dollara - FOTO

Super lüks malikanə satılır: 100 milyon dollara - FOTO
12:37 22 Fevral 2017
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

1904 kvadratmetrlik daxili sahəsi, qarajında qızıl suyuna çəkilmiş Lamborghini Aventador Roadster, Rolls-Royce Dawn və Bentley avtomobilləri, qızılla süslənmiş xüsusi otaqda dünyanın ən bahalı şampan şərabı sayılan Crystal dolu 170 şüşə...

7 yataq otağı və 11 vanna otağı olan "Opus" adlı bu superlüks malikanə ABŞ-ın Los-Anceles şəhərinin yaxınlığındakı Beverli-Hillsdədir.

Milli.Az ABC-yə istinadən bildirir ki, malikanə satışa çıxarılıb və onun ilkin qiyməti 100 milyon dollardır.

1 hektarlıq həyəti olan malikanə çox bahalı mebel və aksessuarlarla doludur. Malikanədə Demien Hörst və Endi Uorhollun əsərlərindən ibarət kolleksiya da var.

İki hovuzu, şərab anbarı, 2 barı, fitnes salonu, gözəllik salonu və 15 nəfərlik ev kinoteatrı olan malikanəni "Midasın məkanı" da adlandırırlar.

"Opus" malikanəsi məşhur dizayner Nil Niami və memar Pol MakKlinin əsəridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR