Azərbaycanda daha 5 bank dövlət xətti ilə ipoteka kreditləşməsini bərpa edib

Azərbaycanda daha 5 bank dövlət xətti ilə ipoteka kreditləşməsini bərpa edib
12:52 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/  Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha 5-i “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil bankı olub.
“Report”a AİF-in saytına istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Atabank", "Bank of Baku", "Dəmirbank" və "Muğanbank" ASC-lərdir. 
Məlumata görə, bununla da Fondun müvəkkil kredit təşkilatlarının sayı 20-dən 25-ə çatıb. Bununla yanaşı, AİF 16 sığorta və 8 qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edir.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-daha-5-bank-dovlet-xetti-ile-ipoteka-kreditlesmesini-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR